Azərbaycan Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilir

Məlumata görə, daxili işlər naziri Ramil Usubovun rəhbərliyi ilə keçirilən kollegiyada idarə, şöbə və bölmə rəisləri iştirak edirlər.

Kollegiyada ölkədəki kriminogen durum, cinayət hadisələrinin açılması, cinayətkarlıqla mübarizə, itkin düşmüş şəxslərin tapılması, tanınmamış meyitlərin müəyyən edilməsi istiqamətində həyata keçirilən tədbirlər və digər məsələlər müzakirə olunacaq.

Kollegiyada, həmçinin ölkədə ictimai asayişi pozmağa yönələn əməllərlə bağlı da müzakirələrin aparılacağı gözlənilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO