Yunanıstan Prezidenti Karolos Papulyas aprelin 4-də Azərbaycana rəsmi səfərə gəlib. Məlumata görə, K. Papulyası hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Hava limanının ali qonaqlar üçün salonunda K. Papulyas və Y. Eyyubov arasında qısa protokol söhbəti olub.