Nazir görüşdə Azərbaycan tərəfinin AŞ-nin ölkədəki ofisi ilə əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu vurğulayıb. Nazir Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar barədə qonağa məlumat verərək, Azərbaycanın işğal olunmuş ərazilərində sahə qiymətləndirmə missiyasının həyata keçirilməsindən sonra ATƏT-in yaranmış mövcud vəziyyəti (status-kvo) qəbuledilməz hesab etdiyini bildirib.
Məmmədyarov Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının və məcburi köçkünlərimizin öz torpaqlarına qayıtmasının ən mühüm məsələ olduğunu qeyd edib.
Səfir Yerokostopulos görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın genişləndirməsi üçün çalışacağını qeyd edib.