Metyu Brayza mülki təyyarənin vurulmasının qəbul edilməz olduğunu deyib

“Mən istənilən şəraitdə mülki təyyarənin vurulmasının qəbul edilməz olduğunu demişəm. Şadam ki, Azərbaycan öz mövqeyinin istiqamətini dəyişib və hüquqlarını Beynəlxalq Mülki Aviasiya Təşkilatında müdafiə etməyə çalışır”.

Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib.

M. Brayza Xankəndində aeroport açılması və oraya aviareyslərin təşkili barədə suallara cavabında daha konkret şərh vermək istəmədiyini deyib: “Qoy həmsədrlər bölgəyə gəlib münasibət bildirsinlər, bu, daha düzgün olar. Mən onu da deyə bilərəm ki, Azərbaycandan Naxçıvana uçan təyyarələr Ermənistanın hava məkanından gedir və bu məqbul sayılır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO