Milli Məclisin payız sessiyasının ilk iclası başlayıb. Lent.az-ın məlumatına görə, iclasda spiker Oqtay Əsədov çıxış edərək, qarşıdan gələn seçkilərinə toxunub: “Ümid edirəm ki, artıq beynəlxalq təşkilatlar seçkilərə hazır reseptlə gəlməyəcəklər, bu il keçiriləcək prezident seçkisini obyektiv qiymətləndirəcəklər”. Onun fikrincə, bu ilki seçkilərə namizəd kimi kifayət qədər savadlı insanlar qatılıb: “Bu, Cənubi Qafqazda ən demokratik seçki olacaq”. Millət vəkili Fazil Qəzənfəroğlu isə çıxışında Mərkəzi Seçki Komissiyasında Müsavata ayrılmış 2 yerlə bağlı danışıb. F.Qəzənfəroğlu təklif elib ki, həmin yerlər prezidentliyə namizədi qeydə alınmış və Milli Məclisdə təmsilçisi olan partiyalara verilsin.