Bu barədə cümə günü ATƏT-in rəsmi saytında deyilir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi tərəflərinə atəşkəs rejimini möhkəmləndirmək və etimadın gücləndirilməsi üçün gələcək tədbirlər həyata keçirmək vacibdir.
Ajubalis hesab edir ki, tərəflərdən heç biri cari vəziyyətdən nə hərbi, nə də siyasi baxımdan nəsə qazanır.
“Münaqişənin dinc yolla nizamlanmasının heç bir alternativinin olmaması ilə bütün tərəflər razıdır. ATƏT-in Minsk qrupu rəhbərliyi altında nizamlanma prosesi gedir, lakin indi liderlərin danışıqlarda həqiqi irəliləyişə nail olmasının vaxtı çatıb”, – sədr deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib