Yaponiyada ölən və itkin düşənlərin sayı 11 000-dən çoxdur

8,9 maqnitudalı zəlzələ cümə günü Yaponiyanın şimal-şərqində baş verib. Onun episentri Tokiodan 373 kilometr şimal-şərqdə, ocağı yerin 24 kilometr dərinliyində yerləşir. Rayonda 6,0-dan artıq maqnitudalı daha bir neçə yeraltı təkan baş verib. Onlardan biri Tokiodan cəmi 67 km məsafədə olub.

Zəlzələ güclü sunamiyə səbəb olub. Bəzi rayonlarda dalğaların hündürlüyü 10 metri ötüb. Bir neçə prefekturalarda sunami evləri dağıdıb və yollarda olan maşınları aparıb. Hazırda Yaponiya hökuməti ölkənin müxtəlif rayonlarda təbii fəlakət nəticəsində zərərçəkənlərlə bağlıə məlumatları dəqiqləşdirir. Hökumət sahilyanı rayonların əhalisindən təhlükəsiz yerlərdə gizlənməyi xahiş edir.

Bu, Yaponiyada baş verən ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələ nəticəsində dağılmış Miyaqi prefekturasında yerləşən “Onaqava” atom elektrik stansiyasında yanğın baş verib.
İlkin məlumatlara görə, hadisə radiasiya sızmasına səbəb olmayıb. Bu barədə “RİA Novosti” yazır. Yanğının söndürülməsində Yaponiya Özünümüdafiə Qüvvələrinin hərbi qulluqçuları iştirak edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO