ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan prezidenti ilə görüşüblər

Erməni mətbuatına istinadən yaydığı məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində atılacaq addımlar müzakirə olunub. Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Serj Sərkisyan həmsədrlərə 5 martda Soçidə əldə olunmuş razılaşmalar çərçivəsində danışıqları davam etdirməyə hazır olduğunu deyib. Görüşdə həmçinin qoşunların təmas xəttində silahlı insidentlərin sayının artması halları, o cümlədən 9 yaşlı azərbaycanlı Fariz Bədəlovun snayper atəşi ilə öldürülməsi faktı müzakirə olunub.

Ermənistan prezidenti azyaşlı uşağın erməni əsgərləri tərəfindən öldürülməsi ehtimalını təkzib edib: “Serj Sərkisyan bildirib ki, bu ittihamlar böhtan xarakteri daşıyır, çünki mülki insanlara, xüsusilə uşağa atəş açmaq erməni əsgərinin mənəvi obrazına ziddir. Bu insidentlə bağlı ittihamlar boş sözlərdir, çünki qeyd olunan ərazidə belə bir hadisənin baş verməsi tezniki cəhətdən mümkün deyil”.

Həmsədrlər səfər çərçivəsində Dağlıq Qarabağa son qiymətləndirici missiyanın yekun hesabatını Ermənistan prezidentinə təqdim ediblər. Xatırladaq ki, analoji hesabat martın 15-də Azərbaycan prezidentinə də təqdim olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO