Bu barədə çərşənbə günü Trend-ə Şuranın mətbuat xidmətindən məlumat verilib. Görüşdə QHT qanunvericiliyi məsələləri müzakirə edilib. Azay Quliyev QHT qanunvericilik bazasının daha da təkmilləşdirilməsi sahəsində ciddi işlərin getdiyini bildirib. O qeyd edib ki, QHT-hökumət əməkdaşlığının genişləndirilməsi, QHT-lərin müxtəlif dövlət proqramlarının icrasına cəlb edilməsi ilə onların ictimai və sosial həyatın bütün sahələrinə nüfuz etməsi, eləcə də cəmiyyətdə şəffaflıq amillərinin gücləndirilməsi məqsədilə QHT fəaliyyətinə aid yeni qanunların işlənib hazırlanması prosesi başlanıb.
Quliyev bildirib ki, Sosial sifariş haqqında, Peşə səmiyyətləri haqqında, Korporativ sosial məsuliyyət haqqında, İctimai iştirakçılıq haqqında qanun layihələrinin hazırlanması, həmçinin Reklam haqqında qanuna dəyişikliklər edilməsi üçün Şuranın nəzdində işçi qrupu yaradılıb.
Görüşdə bu məsələlərin müzakirəsi üçün yaxın vaxtlarda birgə tədbirin keçirilməsi haqqında razılıq əldə edilib.