Diaspora üzvləri konqresmenlərə və tanınmış şəxslərə ünvanladıqları məktublarda bildiriblər ki, 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günüdür və ötən əsrin facıəlı tarixlərindən biri hesab olunur.
Məktub müəllifləri qeyd edirlər ki, 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikasi (ADR) elan edildikdən sonra ADR hökuməti “mart hadisələri”ni təhqiq edib: “1919-1920-ci illərdə ADR 31 mart tarixini milli matəm günü kimi qeyd edib. Bu, azəbaycanlılara qarşı yürüdülən soyqırım siyasətinə siyasi və hüquqi qiymət vermək üçün göstərilən ilk cəhd idi. Hələ 1919-cu ildə heç bir millət soyqırıma məruz qalmamışdı. Azərbaycanlılar isə bəşəriyyətə qarşı törədilən cinayətin ilk qurbanları oldular. Sovet dövründə bu faciəni anmaq mümkün deyildi. 31 martda təkcə qətliyam deyil, 19-cu əsrdən bəri və 20-ci əsr boyunca azərbaycanlılara qarşı yeridilən soyqırım siyasəti anılır. Bu siyasətin final akti isə 1992-ci ildə Xocalıda törədilən qətliyam oldu”.
Diaspora üzvləri onu da xatırladıblar ki, ermənilərin həyata keçirdiyi soyqırımı kampaniyası nəticəsində 20-ci əsrdə bir milyona yaxın azərbaycanlı qətlə yetirilib: “Ümumilikdə 2,5 milyon azəri, türk, kürd, yəhudi, gürcü, çərkəz, tat, talış və ləzgi Qara dənizdən Xəzərə və Aralıq dənizinə kimi bir dövlət qurmaq iddiasında olan ermənilərin etnik təmizləmə siyasətinin qurbanı olub”.
Məktub müəllifləri ABŞ-ın seçilmiş rəsmilərindən Azərbaycanlıların Soyqırımı Gününü yad etmək üçün dəstək verməyi, bəyanat qəbul etməyi, qanunvericilik nəşrlərində və ya qəzetlərdə məqalələrlə çixiş etməyi xahiş ediblər.