Bu barədə ATƏT-in Bakı Ofisinin mətbuat katibi Rəşad Hüseynov məlumat verib. “Tədbir iştiraka dair məsələlər üzündən təxirə salınıb”, – deyə R. Hüseynov bildirib.
Onun sözlərinə görə, dəyirmi masanın yeni tarixi yaxın vaxtlarda elan olunacaq.
Qeyd edək ki, bu il martın 7-8-də ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə siyasi partiyalarla hökumət üzvlərinin birgə müzakirələrinin keçirilməsi nəzərdə tutulurdu.
Tədbirə mühazirəçi qismində ATƏT-in baş ofisindən ekspertlər dəvət olunub.
Azərbaycanda siyasi tənzimləmə mövzusunda keçirilməsi nəzərdə tutulan dəyirmi masa və seminarda Prezident Administrasiyası, Milli Məclisdən yüksək vəzifəli şəxslər, habelə 18 siyasi partiya təmsilçisinin iştirakı nəzərdə tutulurdu.
Tədbirin məqsədi Azərbaycan hökumətinə partiyaların siyasi tənzimlənməsində yardım etməkdir.
İştirakçılara ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Venesiya Komissiyasının siyasi tənzimlənməyə dair əsas qaydaları və sənədləri barədə məlumat verilməli, Azərbaycanda “Siyasi partiyalar haqqında” qanunun təkmilləşdirilməsi imkanları müzakirə olunmalı idi.