Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyi ilə bağlı festival keçiriləcək

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında martın 2-də baş tutacaq tədbirin əsas məqsədi sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclərə dövlət qayğısının artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması və həvəsləndirilməsidir. Asudə vaxtın səmərəli və mənalı təşkil edilməsi də həyata keçirilən layihənin əsas məqsədlərindən biridir.

Tədbir zamanı sağlamlıq imkanları məhdud olan yeniyetmə və gənclərin rəsm əsərlərinin sərgisi təşkil olunacaq, musiqi və rəqs nömrələri, maraqlı səhnəciklər nümayiş etdiriləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO