Seçkidə istifadə ediləcək səsvermə bülletenlərinin çapı prosesi sürətlə gedir
Lent.az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. M. Pənahov xatırladıb ki, Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK səsvermə bülletenlərini seçkiyə 10 gün qalana qədər mətbəədən təhvil almalı, 5 gün qalana qədər isə Dairə Seçki Komissiyalarına paylamalıdır:
“Yəqin ki, biz bülletenləri dairə seçki komissiyalarına müəyyən olunmuş vaxtdan əvvəl paylayacağıq. Bülletenlərin paylanması işinə başlayarkən maraqlı bütün tərəfləri prosesi izləməyə dəvət edəcəyik”.
M. Pənahov deyib ki, hələlik beynəlxalq təşkilatlardan “exit-poll” keçirmək üçün MSK müraciət edən olmayıb.