Tədbirdə “British-Arab Commercial”, “HSBC”, “FDİ Intelligence”, “Risk Advisory Group”, “BNP-Paribas” və digər maliyyə qurumları və agentliklərin 30-dan çox nümayəndəsi iştirak edib.
Biznes görüşdə Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələr, eləcə də dağ-mədən sənayesi, neft-qaz, maliyyə, infrastruktur və təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Tədbirdə həmçinin, qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindən olduğu vurğulanıb, bu sahədə Britaniya ilə əməkdaşlıq imkanları barədə tədbir iştirakçıları məlumatlandırılıb.
Tədbirdə çıxış edən «Salans» şirkətinin Bakıdakı nümayəndəsi Ceyms Hoqan Azərbaycanda sənaye sahəsində həyata keçirilən layihələr, Kembric Regional Kollecinin Beynəlxalq Ofisinin başçısı Amina Veykfild və Kembric Universitetinin professoru Sidxart Saksina Kembric Universitetinin layihələri, Azərbaycanda və digər Mərkəzi Asiya ölkələrində aparılan elmi tədqiqatlar, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəsi Frensis Delay isə AYİB-in Azərbaycandakı fəaliyyəti barədə məlumat verib.