GUAM xarici işlər nazirlərinin 14-cü toplantısı keçirilib

GUAM-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da iştirak etdiyi toplantıda baş katib Valeri Çeçelaşvili təşkilatın 2010-cu ildəki fəaliyyətinə dair hesabatla çıxış edib. Qurumda sədrlik Moldovaya keçib və bu ölkənin 2011-ci ildə sədrliyinin prioritetləri barədə məlumat dinlənilib.

Nazirlər GUAM-a üzv ölkələrin BMT, ATƏT və digər beynəlxalq təşkilatlar yanında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin əməkdaşlığı barədə qəbul olunmuş planın həyata keçirilməsini də müzakirə ediblər.

Yığıncaqda həmçinin tərəfdaş ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq, növbəti GUAM-ABŞ, GUAM-Yaponiya görüşlərinin milli əlaqələndiricilər səviyyəsində keçirilməsi müzakirə edilib.

Gürcüstanın BMT-nin Baş Assambleyasında “BMT ilə GUAM-ın əməkdaşlığı” adlı qətnamənin irəli sürülməsi barədə təşəbbüsü dəstəklənib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO