Sazişə əsasən, bu ilin fevralın 22-dən etibarən AZAL və “Air France” şirkətləri Bakı ilə Paris arasında (Şarl de Qol hava limanı, terminal 2B) mövcud aviareysi istifadə edəcəklər.
Tərəflər arasında imzalanmış saziş «Air France» aviaşirkətinə öz sərnişinləri üçün həfətədə 3 dəfə Parisdən Bakıya uçuş həyat keçirməsi üçün imkan yaradacaq. AZAL isə öz növbəsində «Air France»ın bilet satışı sayəsində sərnişin axınını bir qədər də artıracaq.
Bakıf-Paris marşrutu üzrə uçuşlar hər həftənin II və VII günləri saat 08:00-da, V günlər isə saat 19:00-da «Airbus A319» avialayneri ilə yerinə yetiriləcək. Sözügedən təyyarənin sərnişin tutumu 114 nəfər (24 nəfər «Business-class», 90 nəfər «Econom-class») təşkil edir.
Qeyd edək ki, hazırda hər iki tərəfə bir aviabiletin qiyməti 470 manat təşkil edir.