Bu açıqlamanı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov verib. O səfirliyimizin əvvəlki rejimdə çalışdığını bildirib: “Hələlik Liviyada olan vətəndaşlarımızdan səfirliyimizə müraciət daxil olmayıb”.
Qeyd edək ki, Liviyada müxalifətlə prezident Müəmmər Qəddafinin tərəfdarları arasında qanlı toqquşmalar davam edir. Benqazi şəhərində təhlükəsizlik qüvvələrinin nümayişçilərə atəş açması nəticəsində 233 nəfər ölüb, 800-dən çox insan yaralanıb. Ərəb telekanallarının verdiyi məlumata görə, Benqazidə ordu müxalifətin tərəfinə keçib. Müəmmər Qəddafinin oğlu isə bu xəbərləri təkzib edib.
O bildirib ki, ordu prezident müdafiə edir və onu sonadək müdafiə edəcək. Artıq türkiyə bu ölkədən vətəndaşlarının evakuasiya edəcək.