Regional İnkişaf Mərkəzi Fondu mətbuat konfransı keçirib

Fondun sədri Çingiz İsmayılov 2011-ci ilin Azərbaycanda “Turizm ili” kimi qeyd olunmasına diqqəti yönəldərək bildirib ki, ölkədə inkişaf etməkdə olan qeyri-neft sektorunun ən vacib sahələrindən biri məhz turizm sektorudur.

Qurumun apardığı araşdırmaların nəticəsi barədə danışan Ç. İsmayılov deyib ki, Mədəniyyət və Turizm Nazirliyinin saytında potensial turist üçün ətraflı məlumat tapmaq mümkün deyil: “Bu saytda naviqator yoxdur, turist marşrutlarında yaşayış məntəqələri arasında məsafələr göstərilməyib. Ən əsası isə turizm məntəqələrinin yer aldığı xəritə Azərbaycan dilindədir. Bu da xaricdən gələn turistlər üçün çətinlik yaradır”.

Ç. İsmayılovun sözlərinə görə, dünyada cərəyan edən maliyyə-iqtisadi böhran şəraitində, o cümlədən bəzi ölkələrdə baş verən siyasi münaqişələr, təbii fəlakətlər bu ərazilərə turist axının sayını azaldıb: “Azərbaycan bu münbit şəraitdən yararlanmalıdır”. O, Azərbaycanın turizm obyektlərində qiymətlərin bahalığına diqqət çəkərək xarici turistləri cəlb edəcək xidmətlərin olmadığını da vurğulayıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO