ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, ATƏT sədri bildirib ki, bu uzadılmış münaqişənin Minsk Qrupu həmsədrlərinin daha fəal iştirakı yolu ilə nizamlanmasına ATƏT öz töhfəsini verməkdə davam edəcək: «Mən münaqişə tərəflərini etibarın möhkəmlənməsi üzrə tədbirlər görməyə, o cümlədən snayperlərin təmas xəttindən təxirə salınmadan çıxarılmasına və ATƏT-in monitorinqlər üzrə fəaliyyətinin möhkəmləndirilməsinə çağıracağam».
Onun sözlərinə görə, Litvanın ATƏT-ə sədrliyi münaqişələr tərəfindən toxunulmuş Cənubi Qafqazın icmaları arasında gərginliyin azalmasına və etibarın möhkəmlənməsinə kömək edəcək.