Sessiyada Misir və Tunisdə baş verən hadisələr əsas müzakirə mövzusu olacaq. Qurumun siyasi məsələlər və təhlükəsizlik komitəsində Qırğızıstanda mövcud durum, demokratiya, insan haqları və humanitar məsələlər komitəsində
Belarusda vəziyyət, ATƏT-in bu ölkədəki ofisinin bağlanması məsələsi müzakirə olunacaq.
Sessiyanın açılış mərasimində ATƏT PA-nın prezidenti Petros Eftimiu, ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis və Avstriya parlamentinin spikeri Barbara Prammer çıxış edəcəklər. Sessuyada ATƏT-ə üzv 55 ölkədən 250-dən artıq parlamentar iştirak edəcək.