XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında “Şərq tərəfdaşlığı” çərçivəsində proqramların həyata keçirilməsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
İ. Vaygel və P. Arlaççi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər. E. Məmmədyarov onlara münaqişənin həlli istiqamətində tərəflər arasında aparılan danışıqlar prosesi barədə məlumat verib.