Azərbaycanın xarici işlər naziri və ABŞ-ın dövlət katibi Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

XİN-nin məlumatında bildirilir ki, görüş zamanı tərəflər Ermənistan-Azərbaycan Daşlıq Qarabağ münaqişəsi məsələsini ətraflı müzakirə ediblər. Məmmədyarov münaqişənin həllinə dair Azərbaycan tərəfinin mövqeyini amerikalı həmkarına çatdırmış, öz növbəsində Klinton məsələnin həllində irəliləyiş əldə edilməsi vaxtının çatdığını qeyd edib.

Klinton Əfqanıstanda terror əleyhinə əməliyyatlarda verilən töhfəyə görə Azərbaycan tərəfinə ABŞ-nın minnətdarlığını bir daha çatdırmışdır. Sonra tərəflər ikitərəfli, regional, enerji məsələləri, Yaxın Şərqdə gedən proseslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Münhendə keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransının kuluarlarında Azərbaycan və Türkiyənin xarici işlər nazirləri də görüşüblər.

Türkiyənin Cihan xəbər agentliyi ölkənin xarici işlər naziri Ahmet Davutoğluya istinadən bildirib ki, onun Elmar Məmmədyarovla görüşündə Azərbaycan və Türkiyə Strateji Əməkdaşlıq Ali Şurasına hazırlıq məsələsi müzakirə olunub.

Ahmet Davutoğlu həmçinin bidirib ki, o, İsveçrənin xarici işlər naziri ilə görüşündə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan və Türkiyə Strateji Əməkdaşlıq Ali Şurasını yaratmaq barədə qərarı 2010-cu ilin sentyabrında İstanbulda türkdilli xalqların sammitində qəbul ediblər.

Azərbaycanın Ankaradakı elçisi Faiq Bağırov bildirib ki, Ali Şuranın ilk iclası mart və ya aprel ayında Bakıda keçirilməlidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO