Bunu “Vətəndaş cəmiyyəti quruculuğunda konfessiyalararası harmoniya: dialoq və dinc yanaşı yaşamaq” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel deyib. “Azərbaycanda dinlərarası dialoqa dair tədbirlər görülür. Bu da onu göstərir ki, dinlərarası dialoq sözdə deyil, xalqın real həyatındadır”, – deyə Cankorel bildirib.
Qeyd edək ki, BMT Baş Assambleyasının 2010-cu il oktyabrın 20-də kecirilən sessiyasında qəbul olunmuş qətnaməyə görə, hər il fevral ayının ilk həftəsi bütün dinlər, etiqadlar arasında ümumdünya konfessiyalararası harmonik münasibətlər həftəsi elan olunub.