Bu gün səhər saatlarından başlayaraq, Misir ordusu kütləvi iğtişaşlarda iştirak edən şəxslərin həbsinə başlayıb. Bir neçə saat ərzində xeyli sayda insan saxlanılıb. Kütləvi həbslər davam edir.
Prezident tərəfdarlarının qarşı tərəfə atəş açması nəticəsində 4 nəfər həlak olub, 13 nümayişçi yaralanıb.
Qahirənin mərkəzində hələ də atəş səsləri eşidilir. Ümumilikdə hökumət əleyhinə keçirilən nümayişlərdə yaralananların sayı təxminən 1500 nəfərə çatıb.
Xatırladaq ki, Misirdə artıq 30 ildir hakimiyyətdə olan Hüsnü Mübarəkin istefası tələbilə 1 həftədən çoxdur ki, fasiləsiz nümayişlər keçirilir. Bu dövrdə toqquşmalarda təxminən 300 insan həlak olub.