Azərbaycanın XİN rəhbəri Münhen konfransında iştirak edəcək

Azərbaycanın XİN rəhbəri Münhen konfransında iştirak edəcək 47-ci Münhen Konfransının gündəliyinə maliyyə böhranı, nüvə silahının yayılmaması, silahsızlaşdırma və s. kimi aktual məsələlər daxil edilib.

Münhen Konfransında 350-yə yaxın qonağın iştirak edəcəyi gözlənilir.

Münhen Konfransının əsası 1962-ci ildə alman naşiri Evald fon Klyast tərəfindən NATO-ya üzv ölkələrin “müdafiə nazirlikləri nümayəndələrinin iclası” kimi qoyulub. Hazırda Münhen təhlükəsizlik Konfransı dünyanın 40-dan çox ölkəsindən siyasətçilər, diplomatlar, hərbçilər, biznesmenlər, elm və ictimaiyyət xadimlərini bir araya gətirən beynəlxalq forumdur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO