Milli Məclis “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” qanun layihəsini təsdiqləyib

Əlavə və dəyişikliklərlə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib ki, “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” qanun layihəsi təsdiqlənib. Komitə sədri bildirib ki, dəyişikliklər texniki xarakter daşıyır və Məcəllə Konstitusiyaya uyğunlaşdırılır: “Əlavə və dəyişikliklər Konstitusiyaya edilmiş əlavələrdən irəli gəlir.
Əlavələrin mahiyyəti Milli Məclis və prezident seçkilərinin müddətinin müstəsna hallarda uzadılmasına imkan verir. Seçki Məcəlləsinə “müharibə şəraitində hərbi əməliyyatların aparılması ilə əlaqədar seçkilərin keçirilməsi mümkün olmadıqda, Mərkəzi Seçki Komissiyası Konstitusiyanın 84-cü maddəsinin I hissəsinə və 101-ci maddəsinin V hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsinə müraciət edir” ifadəsi əlavə olunub”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO