Səfər proqramına həmməruzəçilərin həm ölkənin rəsmi şəxsləri, həm də ölkədəki bütün siyasi, o cümlədən müxalifət partiyalarının nümayəndələri ilə görüşləri daxildir.
Səfər zamanı ötən ilin noyabrında Azərbaycanda keçirilən parlament seçkilərindən sonrakı vəziyyətin monitorinqi aparılacaq, siyasi məhbusların azad olunması istiqamətində əldə olunan irəliləyişə qiymət veriləcək, bundan əvvəl həmməruzəçi Yozef Qrex bildirmişdi.
Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olarkən üzərinə bir sıra öhdəliklər götürüb. Monitorinq Komitəsi onların yerinə yetirilməsinə nəzarət edir. Hazırda həmməruzəçilər Maltadan olan deputat Yozef Qrex və ispaniyalı deputat Pedro Aqramuntdur.