2010-cu ildə Azərbaycana turizm axını stabil artıb. Ötən il bu göstərici üzrə artım 6-7 faiz təşkil edərək gözləntiləri üstələyib. Bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib. “Ötən il turizm axını göstəricisi üzrə artım üç faiz civarında gözlənilirdi”, – nazir deyib. Qarayevin sözlərinə görə, 2010-cu ilin əvvəlində ölkəyə turizm axınının azalması mümkünlüyü ilə bağlı narahatlıq var idi, lakin ötən ilin sonlarına doğru tendensiya sabit artım göstərdi.
Nazirin sözlərinə görə, daha dəqiq rəqəmlər fevralın sonlarında açıqlanacaq.
“2009-cu ildə Azərbaycana səfər edənlərin ümumi sayı üç dəfə azalmış, turistlərin sayı isə 1,5 faiz artmışdı”, – Qarayev bir müddət əvvəl qeyd edib