Konfransın əsas mövzusu MDB ölkələri və NATO olmasına baxmayaraq, Əfqanıstan, İraq, raketlərdən müdafiə sistemləri, Rusiya və NATO əlaqələri də müzakirə olunub. Jurnalistləri maraqlandıran ən əsas məsələ isə son “Domodedovo” hadisəsi partlayış olub.
Robert Pşel terrorculuqla mübarizədə dünya olkələrinin bir yerdə olduğunu və terrorculuğun ümümbəşəri fəlakət olmasını diqqətə catdirıb.
Azərbaycan və NATO əlaqələri, NATO ilə Azərbaycanın əməkdaşlığı, Qarabağ müharibəsi, müharibə başlayarsa NATO-nun mövqeyi və uzun illər kecməsinə baxmayaraq torpaqların geri qaytarılmaması barədə suallar verilən direktor, demək olar ki, cavab verməyib və bir xeyli susub.
Avropa Təhlükəsizlik Mərkəzinin sədri Tatyana Parxalina suallaa cavabında həm Azərbaycanın həm də Ermənistanın NATO ücün əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, Robert Pşel Rusiya üzrə NATO-nun informasiya bürosunun direktoru vəzifəsinin icrasına bu ildən başlayıb.