Onun sözlərinə görə, həmçinin pasientlərin məlumatlandırılması, onların informasiya almaq hüququ, pasientin razılığı olmadan hansısa müalicə üsulu tətbiq etməmək kimi məsələlər də qanunda öz əksini tapacaq.
Mustafayeva bildirib ki, Azərbaycan bioetika üzrə beynəlxalq konvensiyalara qoşularkən, süni mayalanma, embrionların hüquqları, evtanaziya kimi məsələləri öz qanunlarında əks etdirməlidir.
“Evtanaziya da bu məsələlərdən biri olmasına baxmayaraq, bu probleminin müzakirəsinə hələ Azərbaycan cəmiyyəti hazır deyil”, – Mustafayeva qeyd edib.