İspaniyalı deputat müsahibəsində bildirib ki, Bakıya edəcəyi ilk səfərində əsas məqsədi ölkənin dövlət rəsmiləri, müxalifəti və qeyri-hökumət sektoru ilə tanışlıq olacaq. “Mən Bakıya gələn həftə səfər etməyi planlaşdırıram. Daha dəqiqi, bazar ertəsi digər həmməruzəçi Debona Qrex də gələcək. Əsas görüşlərimiz ictimaiyyət nümayəndələri ilə və Prezident Administarsiyasında olacaq. Eləcə də müxalifət nümayəndələri, media və qeyri-hökumət təşkilatları ilə də görüşəcəyik. Bu mənim monitorinq qrupunun həmməruzəçisi kimi Bakıya ilk səfərimdir. Əsas məqsədimiz Azərbaycanın qurum qarşısında üzərinə götürdüyü öhdəliklərini necə yerinə yetirdiyini öyrənməkdir”, – deyə Pedro Aqramunt bildirib.