2008-ci il AR prezident seçkilərində ATƏT DTİBH Seçkiləri Müşahidə Missiyasının başçısı səfir Boris Frlets Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti Üzrə Birgə İşçi Qrupun (BİQ) rəhbərliyi ilə görüş keçirmişdir. Görüş zamanı beynəlxalq ictimaiyyətdə marağa səbəb olan AR Seçki Məcəlləsinə rəy və təkliflər, seçkiöncəsi yerli polislərlə xüsusi profilaktik treninqlər, BİQ-in sosial yönümlü layihələri, digər məsələlər müzakirə edilmişdir.
Qeyd olunmuşdur ki, avtoritar sistemdən qurtulmuş, demokratiyaya yeni qədəm qoyan dövlətlər ictimai-siyasi həyatdakı, seçki sistemindəki islahatları addımbaaddım aparmaqla, əhalinin seçim hüquqlarına hörmətlə yanaşmalıdır. Sloveniyalı səfir seçki prosesində kardinal, avropa standartlarına uyğun dönüşün olacağına inandığını xüsusilə vurğuladı. Tərəflər fəaliyyətlərini uzlaşdıraraq qarşılıqlı kömək göstərmək niyyəti ilə görüşü başa çatdırdılar.