İnsan Hüquqlarında dair beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Erkən nigah və qan qohumluğu sosial problem kimi” layihəsi çərçivəsində Lənkəran şəhərində təlim xarakterli seminar-müşavirə keçirmişdir.
Təlimi BİQ-in həmsədri Şahin Camalov, layihənin koordinatoru Ramiz Sevdimaliyev, hüquqşünas Ehtibar Abdullayev və həkim-terapevt Aysel Məmmədova aparmışlar. Təlimdə Lənkəran şəhərinin bir sıra kəndlərinin icra nümayəndələri, bələdiyyə üzvləri, müəllimlər və Tibb texnikomunun tələbə və müəllim heyəti iştirak etmişdir. Təlim zamanı erkən nigahın və qan qohumluğunun sosial xarakteri, hüquqi və tibbi fəsadlarından danışılmışdır. Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılmışdır.
Layihəyə uyğun olaraq növbəti təlim 19 may 2010-cu il tarixdə Cəlilabad rayonunda keçiriləcəkdir.
BİQ-in həmsədri