Bu barədə Azərbaycan Milli Məclisindən məlumat verilib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunacaq sessiyada TürkPA üzvü ölkələrin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament sədrlərinin iştirakı ilə Assambleya Şurasının iclası olacaq.
Sessiyada Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun (TürkPA-nın fəaliyyətdə olan sədri) rəhbərlik etdiyi yeni tərkibdə nümayəndə heyəti təmsil edəcək. Milli Məclisin TürkPA-dakı yeni nümayəndə heyətinin tərkibində Nizami Cəfərov, Əhliman Əmiraslanov, Kamilə Əliyeva, Ülvi Quliyev, Çingiz Qənizadə və İqbal Ağazadə təmsil olunurlar.