Prezident seçkilərini izləmək üçün DSK-lara 25,023 nəfər müraciət edib

Oktyabrın 15-də keçiriləcək prezident seçkilərini izləmək üçün bu günə qədər Dairə Seçki Komissiyalarında 25 min 23 nəfər yerli müşahidəçi qeydə alınıb. APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, bu müşahidəçilərin 15 min 87-si siyasi partiyalar, 7 min 626-sı QHT-lərin təmsilçiləridir. 2, 310 nəfər isə öz təşəbbüsü ilə seçkiləri müşahidə etmək istədiyini bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO