ATƏT-in baş katibi Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin intensivliyinin saxlanmasının vacibliyini qeyd edir

ATƏT-in baş katibi Mark Perrin de Prişambo Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin intensivliyinin saxlanmasının vacibliyini qeyd edir. Bu barədə çərşənbə günü o, Afinada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə deyib. XİN-nin mətbuat mərkəzinin məlumatında deyilir. ATƏT-in baş katibi həmçinin vasitəçi ölkələrin münaqişənin həllini ən yüksək səviyyədə dəstəkləməsini müsbət və mühüm hal kimi qiymətləndirib.

Azərbaycanın XİN rəhbəri deyib ki, Dağlıq Qarabağ münaqişəsi bütün regionun təhlükəsizliyi, stabilliyi və davamlı inkişafı üçün təhlükə yaradır. Nazir münaqişənin həllində ATƏT-in effektiv rolunun gücləndirilməsinin vacibliyini qeyd edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO