“Prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı nə qədər iradə nümayiş etdirildiyi məndə böyük təəssürat doğurdu”. APA-nın “ArmToday”a istinadən yaydığı məlumata görə, bu fikirləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke söyləyib: “Hesab edirəm ki, hər iki prezidentin münaqişənin nizamlanması ilə bağlı bizimlə işləməsi çox təqdirəlayiqdir. Onlar bir-biri ilə ziddiyyət təşkil edən kifayət qədər mürəkkəb məsələləri müzakirə edirlər və bu prosesdə yeni adam kimi mən çox təsirləndim”.
Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü dünən Münhendə keçirilib.