Türkiyə Böyük Millət Məclisi deputatların toxunulmazlıq hüququndan məhrum edilməsinə dair qanun layihəsini bəyənib.
Trend-in məlumatına əsasən, qanunun qəbul edilməsinin lehinə deputatların əksəriyyəti səs verib.
Qərara əsasən, qanun ölkədə xüsusi referendum keçirilmədən qüvvəyə minəcək.
Qanun Türkiyə Prezidenti tərəfindən imzalandıqdan və rəsmi mətbuatda dərc edildikdən sonra qüvvəyə minəcək.