Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin nümayəndəsi Mayya Kosyançiç Ermənistana nüvə silahının yayılmaması haqqında müqavilənin imzalanmasından sonra ölkənin üzərinə götürdüyü öhdəlikləri xatırladıb.
M.Kosyançiç Trend-ə bildirib ki, Aİ Ermənistanın nüvə silahının yayılmaması haqqında müqavilə üzrə sazişdən çıxması ilə bağlı məlumata malik deyil: “Ermənistan 1993-cü ildən nüvə silahının yayılmaması üzrə sazişin iştirakçısıdır, 1997-ci ildə isə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sazişin yerinə yetirilməsi üzrə təminatlar haqqında əlavə protokol imzalayıb”.
O əlavə edib ki, bu sazişin bütün iştirakçıları Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən mütəmadi yoxlamalardan keçirlər.