Azərbaycanın Mətbuat Şurasına şikayət edənlərin 70 faizə qədəri məmurlardır

Azərbaycanın Mətbuat Şurasına şikayət edənlərin 70 faizə qədəri məmurlardır. “Şuranın şikayətlər üzrə komissiyasına təhsil və səhiyyə sahələrində çalışan məmurlar daha çox müraciət edirlər”, – çərşənbə günü Trend News-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Mətbuat Şurası bir müddət əvvəl “reket” fəaliyyəti ilə məşğul olan 80-dən çox qəzetin adını açıqlayıb və onların bəziləri barədə materialların araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib

Amaşovun sözlərinə görə, şikayətlərin əksəriyyətində diffamasiya ilə bağlı məsələ qaldırılır. “Məmurlar barələrində mətbuatda gedən yazılardan narazılıqlarını bildirirlər. Biz artıq bu cür qəzetlərə qarşı mübarizəni gücləndirmişik. Nəticədə 84 qəzet “reket” mətbuat orqanı kimi “qara siyahı”ya salınıb. Düşünürəm ki, mübarizəmiz tezliklə öz bəhrəsini verəcək”, – şura sədri əlavə edib.

Onun fikrincə, “reketçiliyə” qarşı mübarizədə məmurların da xüsusi rolu olmalıdır. “Onlar üçün ən yaxşı vasitə bizim açıqladığımız siyahıdır. Əgər hər bir dövlət qurumunda həmin siyahı ilə tanış olsalar, onda “reket” qəzetlərin öz məqsədlərinə çatmalarının qarşısını almaq daha da asanlaşar”, – Amaşov xatırladıb.

Azərbaycanda dörd minə yaxın kütləvi infîrmàsiyà vàsitəsi qåydiyyàtdàn kåçib. Hàzırdà înlàrdàn 600-ə yàõını fəaliyyət göstərir. Təõminən 400-ə qədər qəzåt və jurnàl dərc îlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəàliyyət göstərir. Àzərbàycàndà 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vàr. Qalanları isə internet resurslarıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO