Azər Türk Bank “ASAN xidmət”lə birgə yeni layihə təqdim edir

Azər Türk Bank “ASAN xidmət”lə birgə yeni layihə təqdim edirAzər Türk Bank Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində təlim proqramı imkanı təqdim edir.

Bu barədə Trend-ə Bankdan məlumat verilib.

Bank tərəfindən, daha öncə “ASAN xidmət” mərkəzlərində könüllü kimi fəaliyyət göstərmiş gənclərə “ASAN School” könüllülük məktəbi çərçivəsində təlim keçməsi nəzərdə tutulub. Təlim proqramı Sizə bankçılıqla əlaqədar müxtəlif təlimlərdə iştirak etmək və daha sonra imtahandan uğurla keçərək Azər Türk Bankda iş təcrübəsi qazanmaq imkanı yaradacaq.

Azər Türk Bankda əldə olunmuş təcrübə, könüllülərin “ASAN School” könüllülük məktəbinin “ASAN Kadr” karyera mərkəzi vasitəsi ilə gələcək karyera yüksəlişində mühüm əhəmiyyət kəsb edəcək.

Səhmlərinin 75 faizi Azərbaycan Dövlətinə məxsus olan Azər Türk Bankın bu proqramı həyata keçirməkdə məqsədi, korporativ sosial məsuliyyətin düzgün şəkildə idarə olunması, Bank tərəfindən ölkəmizin gənclərinə faydalı dəstəyin verilməsidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO