Azərbaycan və Türkmənistan Transavrasiya Super İnformasiya Magistralının (TASİM) Xəzər seqmentinin çəkilməsi çərçivəsində müəyyən sənədlərin imzalanması məsələlərini öyrənir.
Bunu Trend-ə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə. hazırda tərəflər layihə çərçivəsində konkret məsələləri öyrənirlər: “Hazırda layihə çərçivəsində müəyyən sənədlərin imzalanması üzərində iş gedir”.