Azərbaycanda narkomaniyaya qarşı birgə mübarizə aparılması üçün tədbir keçiriləcək. “Narkomaniyanın genefondumuza təsiri: xarici və yerli təcrübənin öyrənilməsi” mövzusunda noyabrın 18-də keçiriləcək elmi-praktik konfransda BMT-nin narkotiklərlə mübarizə proqramının Azərbaycandakı rəhbəri də iştirak edəcək”, – bazar ertəsi Trend News-a tədbirin təşkilatçılarından olan Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova bildirib.
Yusifovanın sözlərinə görə, Milli Məclis üzvlərinin, BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyinin də iştirak edəcəyi tədbirdə əsas məqsəd ölkədə narkomaniyaya qarşı birgə mübarizənin mümkün olub-olmadığını araşdırmaqdır. “Məqsədimiz “Qazelli” MMC-nin də təşkilatçılığı ilə keçirilən konfransda ziyalıların da bu mübarizədə həmrəyliyinə nail olmaqdır”, – assosiasiya rəhbəri əlavə edib.