ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi «Turan»a açıqlama verərək son vaxtlar Cənubi Qafqazda cərəyan edən hadisələrin iki ölkənin əməkdaşlığına və dostluğuna böyük ehtiyacı bir daha təsdiqlədiyini deyib.
«Bu əlaqələr yeni, alternativ enerji mənbələrinin, həm də alternativ enerji yollarının yaradılmasını vacib edib».
Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, dövlətlərin ərazi bütöıvlükləri təmin edilməklə həllini tapacağını deyən səfir ABŞ-ın sülh prosesində ən yüksək səviyyədə təmsil olunacağını və problemin həlli üçün intensiv fəaliyyət həyata keçirəcəyini vurğulayıb.
Azərbaycanda seçkiqabağı vəziyyət barədə heç nə demək istəməyən E.Dörsi «Azərbaycan azad və demokratik seçki keçirəcəyi barədə öhdəlik götürüb, biz isə seçkilərdən sonra bu seçkilərə qiymət verəcəyik».