Bakıda NATO-nun qarşıdakı Varşava sammitinə həsr edilmiş konfrans keçiriləcək. Bu barədə Trend Rumıniyanın Bakıdakı səfirliyinə istinadən məlumat verir.
Konfrasda Varşava sammiti baxımından Azərbaycan və NATO arasında əməkdaşlığın vacibliyi müzakirə olunacaq.
“NATO-nun Varşavada sammiti: imkanlar və gözləntilər” tədbirində Azərbaycan Prezident Administrasiyasının nümayəndələri, Azərbaycan nazirləri və deputatları, NATO-nun rəsmi şəxsləri, Alyans ölkələrinin hərbi attaşeləri iştirak edəcəklər.