Noyabrın 16-17-də Bakıda Milli Məclisin, BMT-nin Uşaq Fondunun (YUNİCEF) və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşkil etdiyi “Uşaqlar üçün ədliyyə: qanunvericilik və onun tətbiqi” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir. Konfransda Milli Məclis sədrinin müavini Bahar Muradova və YUNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard giriş nitqi söyləyəcəklər.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsinə və BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20-ci ildönümünə həsr olunmuş konfransda MDB ölkələrinin yüksək səviyyəli rəsmiləri, deputatları, ədliyyə sahəsində ixtisaslaşmış beynəlxalq və yerli mütəxəssislər iştirak edəcəklər.
Tədbirdə qanunvericilikdə islahatların aparılması, MDB regionunda yuvenal ədliyyənin yaradılmasının beynəlxalq standartlara uyğun olaraq nəzərdən keçirilməsi, zərər çəkmiş və şahidlik üçün yetkinlik yaşına çatmış şəxslərlə bağlı ədliyyə sahəsində qanunvericilik və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Konfransın yekununda Uşaqlar üçün ədliyyə haqqında Bakı Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulmuşdur.
AzərTAc