Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Bunu Trend-ə Milli Məclisin deputatı, Komissiyanın üzvü Bəxtiyar Əliyev deyib.
İclasda komissiyaya daxil olunan müraciətlərə baxılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiq edilib.