Ötən həftə ABŞ-ın Baker Hughes şirkətinin qazma qurğularının sayının azalması xəbəri fonunda bazar ertəsi dünyada neftin qiymətləri yenə yüksəlməyə başlayıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
Belə ki, dünya birjalarında “Brent” markalı neftin bir barelinin aprel fyuçerslərinin qiyməti 1.25% artaraq 35,54 dollar təşkil edib. Yüngül neft markası WTI-ın bir barelinin aprel fyuçerslərinin qiyməti isə 0,49% yüksələrək 32,94 dollar olub.
Baker Hughes şirkətinin məlumatına əsasən, ABŞ-da fəaliyyətdə olan qazma qurğularının sayı keçən həftə 12 ədəd ( 2,33%) azalaraq 502 təşkil edib. Son bir il ərzində isə qurğuların sayı 765 ədəd – yəni 60,3% azalıb.
Bəzi “qara qızıl” bazarındakı investor və ekspertlərin rəyinə əsasən, neft qiymətlərinin düşməsi artıq minimum həddə çatıb və artıq yüksəlməyə doğru gedir.