“2010-cu ilin dövlət büdcəsində Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna nəzərdə tutulan vəsait azdır”, – Trend News-un məlumatına görə, cümə axşamı Milli Məclisdə 2010-cu ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib.
Sadıqovun sözlərinə görə, gələn il üçün büdcədə nəzərdə tutulan 2 milyin manat vəsaitin təxminən 1,3 milyonu fonda qalır. “Çünki dövlət tərəfindən maliyyələşdirilən qəzetlər də var. Bu o deməkdir ki, vəsaitin artırılmasına ehtiyac böyükdür”, – o əlavə edib.
Millət vəkili Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu üçün nəzərdə tutulan vəsaitin 1 milyon manat artırılmasıni təklif edib. “Bunu jurnalistlərin adından xahiş edirəm və düşünürəm ki, onların xahişi yerinə yetiriləcək”, – baş redaktor vurğulayıb.
Azərbaycanda dörd minə yaxın kütləvi infîrmàsiyà vàsitəsi qåydiyyàtdàn kåçib. Hàzırdà înlàrdàn 600-ə yàõını fəaliyyət göstərir. Təõminən 400-ə qədər qəzåt və jurnàl dərc îlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəàliyyət göstərir. Àzərbàycàndà 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vàr. Qalanları isə internet resurslarıdır.
Azərbaycan Prezidenti İlham Əliyev bu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılması haqda fərman imzalayıb. Fondun xərcləri hər il dövlət büdcəsində ayrıca göstəriləcək.