Prezident İlham Əliyevin 2016-cı il 3 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının tərkibi təsdiq edilib.
Trend-in məlumatına görə, Azərbaycan Prezidenti Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev Şuranın sədri təyin edilib.
Şuranın üzvləri isə aşağıdakılardır:
Feyruz Mustafayev – Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin aparıcı məsləhətçisi
Vüsal İsayev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri
Bəhram Məmmədli – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin baş məsləhətçisi
Nəsimi Məmmədov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun böyük məsləhətçisi
Elturan Babayev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi
Niyaz Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi
Süleyman Qəmbərov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri
Anar Əliyev – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin müdiri